Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur

 

İyunun 24-də Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.

Plenumun iclasını Ali Məhkəmənin sədri Ramiz Rzayev açmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yeni münasibətlər meydana gəlmiş, ölkədə bank-kredit fəaliyyəti sahəsində işlərin sayı xeyli miqdarda çoxalmış, həmin münasibətləri nizama salan ipoteka haqqında qanunvericiliyin tətbiqi dairəsi genişlənmiş, yaranmış mübahisələrin həllində məhkəmələrin rolu artmışdır.

 Plenumda “İpoteka haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinə dair” məsələ geniş müzakirə olunmuş, təhlillər aparılmışdır.

Müəyyən edilmişdir ki, məhkəmələr ipoteka haqqında qanunvericiliyi əsasən düzgün tətbiq edirlər. Lakin bəzi hallarda məhkəmələr tərəfindən ipotekanın yaranma əsaslarının müəyyən edilməsində, onun dövlət qeydiyyatının aparılmasında, ipoteka ilə təmin edilmiş öhdəliklərin ipoteka hesabına ödənilməsində, həmçinin bu sahədə yaranan digər mübahisələrin həlli zamanı qanunların tətbiqində səhvlərə yol verilir.

Plenumda ipoteka haqqında qanunvericiliyin tətbiqində yol verilən səhvləri aradan qaldırmaq, qanunun eyni qaydada tətbiqini təmin etmək, bu sahədə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə müvafiq qərar qəbul edilmişdir.

Plenumda 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi sədrinin və Bakı Hərbi Məhkəməsi sədrinin 2012-ci ildə ədalət mühakiməsinin həyata keçilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir.

Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirə keçirilmişdir.

Məruzə edən məhkəmələrin sədrləri 2012-ci ildə həmin məhkəmələrin fəaliyyətində irəliləyiş olduğunu qeyd etmişlər. İstər  1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində, istərsə də Bakı Hərbi Məhkəməsində 2012-ci ildə  baxılmış işlər 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Həmin məhkəmələr öz fəaliyyətlərində qanunvericilik normalarına əsasən əməl etsələr də, bəzi qanun pozuntularına da yol vermişlər.

Plenumda konkret mülki işlərə də baxılmışdır.

Ali Məhkəmənin Plenumu müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında