Heydər Əliyev Mərkəzinin Silahlı Qüvvələrdə xidmət edən əsgərlər arasında elan etdiyi müsabiqənin qalibləri mükafatlandırılmışlar

 

Heydər Əliyev Mərkəzinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən əsgərlər arasında elan etdiyi “Dövlətimi, xalqımı, ailəmi qoruyuram” mövzusunda əsgər məktubu müsabiqəsi başa çatmışdır.

İyunun 24-də Heydər Əliyev Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edənlər Heydər Əliyev Mərkəzinin fəaliyyətindən söz açmışlar. Bildirilmişdir ki, mərkəz fəaliyyətə başladığı gündən bir sıra layihələr həyata keçirmişdir. Möhtəşəm layihələr sırasında ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə elan olunmuş müsabiqələrin xüsusi yeri vardır.

26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində elan edilmiş belə bir müsabiqənin böyük əhəmiyyət daşıdığını qeyd edən natiqlər müstəqil Azərbaycan ordusunun böyük inkişaf yolu keçdiyini söyləmişlər.

Diqqətə çatdırılmışdır ki, müsabiqəyə Silahlı Qüvvələrin bütün qoşun növlərini əhatə edən 1000-dən artıq əsgər məktubu daxil olmuşdur.

Bildirilmişdir ki, “Vətənə əsgər kimi xidmət etməyin müqəddəsliyi nədədir?”, “Azərbaycan əsgəri dövləti, xalqı, ailəsi qarşısında öz borcunu necə yerinə yetirir?”, “Azərbaycan əsgəri, orduda xidmət barədə fikir və duyğularını bölüş, ən yaxşı əsgər məktubunun müəllifi kimi qalib ol!” kimi məqamları əhatə edən əsgər məktublarının hər biri Vətən torpağına böyük sevgi və məhəbbətlə qələmə alınmışdır.

Natiqlər müsabiqənin qaliblərini təbrik etmiş və uğurlar arzulamışlar.

Müsabiqədə ilk üç yeri tutan qaliblərlə yanaşı, yarışmada fərqlənən daha 50 nəfərə həvəsləndirici mükafat və diplomlar təqdim edilmişdir.

Qalib əsgərlər belə bir yarışmanın keçirilməsinə görə Heydər Əliyev Mərkəzinin rəhbərliyinə minnətdarlıqlarını bildirmiş və Vətən qarşısındakı borclarını şərəf və ləyaqətlə yerinə yetirəcəklərini söyləmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında