BMT-nin Baş katibi dövlət qulluqçularına müraciət etmişdir

 

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən Trend-ə verilən məlumata görə, baş katib çıxışında demişdir ki, artıq uzun zamandır ki, Birləşmiş Millətlər Təşkilatı düzgün idarəetmə və effektiv dövlət idarəçiliyinin vacibliyini qeyd edir. Hazırda 2015-ci ildən sonrakı gündəliyi müəyyən etmək üçün davam edən qlobal məsləhətləşmələr də onların bütün inkişafın mərkəzində durduğunu bir daha təsdiq edir:

“Birləşmiş Millətlər Təşkilatı Dövlət Qulluğu Günü ölkələri dövlət qulluqçularının ictimaiyyətin inkişafına verdikləri töhfələri qeyd etməyə səsləyir.

Bir-birləri ilə qarşılıqlı surətdə bağlı olan cari problemlərin həlli üçün düzgün, uzaqgörən dövlət qanunları, o cümlədən özündə ən yoxsul və zəif təbəqəni birləşdirməklə birliyi təcəssüm etdirən şəffaf, məsuliyyətli hökumət strukturlarına ehtiyac var."

2013-cü il BMT Dövlət Qulluğu mükafatları dövlət qulluğunun daha effektiv, innovativ və bərabərlik prinsipi ilə yerinə yetirilə biləcəyini göstərir. Bu mükafatların qalibləri özlərində mükəmməlliyin əsas göstəricilərini - öhdəlik və məsuliyyət, işdən qorxmamaq və innovasiya, istedad və texnologiya biliklərini daşıyırlar:

“Mən dünyanın hər yerində fəaliyyət göstərən dövlət qulluqçularını hər kəs üçün daha bütöv, insanların rifahını qoruyan və davamlı gələcək qurmaq naminə yorulmadan çalışmağa çağırıram”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında