Daxili işlər naziri Şirvan şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət məmurlarının vətəndaşlarla görüşmələri, müraciətlərə, ərizə və şikayətlərə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə tapşırığına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 22-də Şirvan şəhərində növbəti qəbul keçirmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Şirvan Şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarında yaşayan sakinlərin, eyni zamanda, Cəbrayıl və Zəngilandan olan məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir müraciətlərin operativ şəkildə həlli üçün qəbulda iştirak edən baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar vermişdir.

Daxili işlər nazirinin qəbul etdiyi 30 nəfər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti elə görüş zamanı öz həllini  tapmışdır. Polisin fəaliyyətinə aid olmayan digər ərizələrin aidiyyəti üzrə göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun baxılacağı diqqətə çatdırılmışdır.

Qəbulda iştirak edənlər problemlərinə daim xüsusi diqqət və qayğı göstərildiyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş, Azərbaycan Prezidentinin ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl və qətiyyətli siyasət kursunu bundan sonra da fəal şəkildə dəstəkləyəcəklərini vurğulamışlar.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında