Siyəzənlilər prezident seçkilərində yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər

 

İyunun 22-də Siyəzən Şəhər Mədəniyyət Evində Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ilə partiyanın Siyəzən rayon təşkilatı fəallarının görüşü olmuşdur.

Tədbirdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, rayon təşkilatının fəalları iştirak etmişlər.

AzərTAc xəbər verir ki, tədbirdə gündən-günə nüfuzu artmaqda olan Yeni Azərbaycan Partiyasının bu gün nəinki respublikamızda, eləcə də bütün regionda ən güclü siyasi qüvvəyə çevrildiyi, sıralarının ildən-ilə genişlənərək üzvlərinin sayının artıq 600 mini keçdiyi bildirilmişdir. Diqqətə çatdırılmışdır ki, YAP-ın icra katibliyi vaxtaşırı olaraq yerlərdə olur, partiya üzvləri və fəallarla görüşür, tövsiyələrini verir. Bu gün rayonda təşkil olunan görüş də məhz belə tədbirlərdəndir.

Bildirilmişdir ki, Azərbaycan dövlətinin ən ağır və mürəkkəb dövründə dövlətçiliyimizi xilas etmək və müstəqilliyimizi qorumaq çağırışı ilə yaradılan YAP ötən 20 ildən artıq müddətdə öz fəaliyyəti ilə xalqın etimadını doğrultmuş və ölkəmizin ictimai-siyasi həyatında ən mühüm qüvvəyə çevrilmişdir.

Qeyd olunmuşdur ki, bütün bu proseslərdə partiyanın 3000 nəfərdən çox üzvü olan Siyəzən rayon təşkilatı da səmərəli fəaliyyət göstərmişdir.

Görüşdə 2013-cü ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan YAP sədrinin müavini-icra katibi Əli Əhmədov qeyd etmişdir ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində mümkün olmuşdur. Bu səbəbdən də dövlətimizin başçısı İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənir.

Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən danışan Əli Əhmədov bildirmişdir ki, ölkəmizin inkişafı, müasirləşməsi YAP-ın və bu partiyanın sıralarında cəmləşən Azərbaycanın 600 mindən artıq fəal vətəndaşının əməyinin, fədakarlığının bilavasitə nəticəsidir.

Tədbirdə çıxış edən təşkilat üzvləri qeyd etmişlər ki, YAP 20 illik fəaliyyətində partiyanın qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutmuş, bununla da daim xalqın rəğbət və etimadını qazanmışdır.

Çıxış edənlər siyəzənlilərin Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşdiklərini, dövlətimizin başçısının bütün sahələrdə apardığı siyasəti dəstəklədiklərini bildirmişdir. Məhz bunun təzahürü olaraq bu il keçiriləcək prezident seçkilərində də siyəzənlilər yekdilliklə dövlətimizin başçısı İlham Əliyevə səs verəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında