Kənd yolları abadlaşır

 

Bölgələrin inkişafı üçün qəbul edilmiş infrastruktur layihələrinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi insanların dövlətimizə və onun başçısına olan inam və sədaqət hissini daha da artırır.

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən inşasına bu ilin aprel ayında başlanan   Quba-Küpçal-Küsnət yolunda işlər sürətlə davam etdirilməkdədir. Quba rayonunun Küpçal kənd inzibati ərazi vahidliyində yerləşən və 6  kəndi birləşdirən 28 kilometrlik bu yolun artıq 20 kilometrlik hissəsində torpaqtəmizləmə işləri görülüb qurtarmış, asfalt örtüyü döşənmişdir. Mürəkkəb landşafta malik, yüksək dağlıq ərazilərdən keçən və çoxlu sərt döngələri olan bu yola asfalt salınması neçə illər idi ki, kənd sakinlərinin arzusu idi. Artıq onların bu arzusu reallaşmışdır.

Respublika Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin bir saylı Yol İstismar İdarəsinin rəisi, əməkdar mühəndis Saleh Məmmədov bu yolun çəkilişinin təcrübəli sahə rəislərindən Elxan Məhərrəmova və Nəsir Əsədova tapşırıldığını deyir. O eyni zamanda kənd sakinlərinin yol işçilərinə böyük qayğı və hörmətlə yanaşdıqlarını bildirir. Kənd ağsaqqallarından Şahkərəm Əliyev, Qurban Poladov, İkram Vəliyev, Niyazi Ramazanov Quba-Küpçal-Küsnət yolunun çəkilməsində xidmətləri olan bütün yol işçilərinə öz dərin minnətdarlıqlarını bildirirlər.

Rəhim VƏLİYEV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında