Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumunun iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin diaspor təşkilatları rəhbərlərinin  birinci Forumunun iştirakçıları iyunun 21-də Fəxri Xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da  xatirəsi anılmış, məzarı qarşısına əklil qoyulmuşdur.

Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək  Azərbaycanın  azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, “Əbədi məşəl” abidəsinin qarşısına əklil qoymuşlar. 

Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtını seyr edən qonaqlara Şəhidlər Xiyabanının tarixi və şəhərdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

Sonra nümayəndə heyəti 1918-ci ildə Bakının bolşeviklərdən və daşnaklardan azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş cəsur  türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin qarşısına əklil qoymuşdur.  

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında