Müharibə veteranları və şəhid ailələrinin qayğılarına diqqətlə yanaşılır

 

Binəqədi Rayon İcra Hakimiyyəti və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Toplantıda Binəqədi rayonunda yaşayan milli qəhrəmanların, onların ailə üzvlərinin,  şəhid ailələrinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılmış, habelə qarşılaşılan problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılmışdır.

Rayon icra hakimiyyəti aparatının şöbə müdiri Aqil Eyvazov bildirmişdir ki,  son illər Azərbaycanın iqtisadi həyatında mühüm nailiyyətlərin əldə edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində vacib tədbirlər həyata keçirilir. Ölkəmizin davamlı tərəqqisi sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan  milli qəhrəmanların, onların ailə üzvlərinin,  şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin əsas yönlərindən birini təşkil edir. Həmin kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi evlərin və çoxmənzilli binaların tikilib istifadəyə verilməsi bunun bariz nümunəsidir. Sumqayıt şəhərində, Sabunçu rayonunun Zabrat, Suraxanı rayonunun Hövsan qəsəbələrində, həmçinin Gəncədə, Şəkidə və Şəmkirdə yeni binaların istifadəyə verilməsi onu göstərir ki, bu cür ailələrə qayğı dövlətimizin başçısının daim diqqət mərkəzindədir.

 

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, həmin qurumun sədr müavini Rüzgar Əliyev, şəhid ailəsinin  üzvü Rəna Xudiyeva çıxış edərək dövlət tərəfindən Milli Qəhrəmanlara, onların ailə üzvlərinə,  şəhid ailələrinə göstərilən diqqət və qayğıdan ətraflı bəhs etmişlər.

Sonda tədbir iştirakçıları adından dövlət başçısı İlham Əliyevə qarşıdan gələn prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı müraciət oxunmuşdur.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında