Gömrük əməkdaşları daha bir narkotik qaçaqmalçılığın qarşısını almışlar

Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində məqsədyönlü tədbirlər həyata keçirirlər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında THY-1333 saylı Bakı-İstanbul aviareysi ilə uçmaq üçün gömrük nəzarətindən keçən İran İslam Respublikası vətəndaşı Borouji Kolli Ramin Baharalinin əl yükündə - çamadanda sellofanlara bükülərək yerləşdirilmiş 8 müxtəlif ölçülü bağlamada külli miqdarda, 1488,425 qram psixotrop maddə olan metamfetamin aşkar edib götürmüşlər. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3- cü maddələri ilə cinayət işi başlanmışdır.
Aparılmış istintaqla müəyyən edilmişdir ki, İran İslam Respublikası vətəndaşları Borouji Kolli Ramin Baharali və Samadian Xaleq Xanhossein satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən gizli Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmə barədə İran İslam Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, birlikdə Tehran-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş, Bakı şəhərində istintaqla müəyyən edilməmiş şəxsdən külli miqdarda, 1488,425 qram psixotrop maddə olan metamfetamin yerləşdirilmiş çamadanı İstanbul şəhərində şəxsiyyəti istintaqa məlum olmayan Rəsul adlı şəxsə çatdırmaq üçün əldə etmiş, saxlamış və Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük nəzarətindən gizli keçirməyə cəhd göstərmişlər.
Borouji Kolli Ramin Baharalinin və Samadian Xaleq Xanhosseinin Azərbaycan Respublikası CM-nin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən hər iki vətəndaş şübhəli şəxs qismində həbs edilmişdir.
Cinayətkar qrupun digər üzvlərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri istintaq tədbirləri davam etdirilir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında