“N” saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüş təşkil olunmuşdur

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşəbbüsü, ictimai birliklərin, QHT-lərin və media nümayəndələrinin iştirakı ilə Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabit heyəti ilə görüş təşkil olunmuşdur.

Görüş zamanı qonaqlar hərbi hissəni gəzərək, əsgərlərin xidmət şəraiti ilə tanış olmuşlar. Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli əsgərlər qarşısında çıxış edərək Azərbaycan dövlətinin və Ali Baş Komandan İlham Əliyevin orduya daima göstərdiyi diqqət və qayğıdan söz açmış, ordunun maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığının yüksəldilməsi istiqamətində çox mühüm addımların atıldığını vurğulamışlar.

Sonda Baş İdarənin kollektivi və qonaqlar təmas xəttində yerləşən mövqelərimizdə döyüş növbəsində olan əsgərlərə baş çəkmişlər. Xidmətdə fərqlənmiş bir qrup əsgər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xüsusi hazırlanmış fəxri fərmanlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar. Bundan sonra əsgərlər üçün konsert proqramı təşkil olunmuşdur.

Leyla QURBANOVA,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında