Külli miqdarda saxta xarici valyutanın tədavülə buraxılmasının qarşısı alınmışdır

 

 

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində ölkənin maliyyə-pul sisteminə ciddi təhlükə yaradan saxta ödəniş vasitələrinin tədavülə buraxılmasının qarşısı alınmışdır. Azərbaycan Respublikasının vətəndaşı Çingiz Müseyib oğlu Ağasənov cinayət başında yaxalanmışdır.

MTN-in ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, Ç.Ağasənov və qeyriləri Türkiyə Respublikasında əldə etdikləri külli miqdarda saxta xarici valyutanı satış məqsədi ilə Azərbaycana gətirmişlər. Çingiz Ağasənovun Corat qəsəbəsindəki evinə keçirilmiş baxış zamanı 137 ədəd saxta 100 ABŞ dolları əskinasları aşkar edilmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.2-ci (satış məqsədilə külli miqdarda saxta xarici valyuta əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılmışdır. Ç. Ağasənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə bütün halların araşdırılması, cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında