Vətəndaşın külli miqdarda pulunu mənimsəmiş şəxs barəsində cinayət işi başlanmışdır

 

Bakı şəhər sakininin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 6 nömrəli Yaşıllaşdırma İdarəsinin sabiq rəisi Vəkil İsgəndərovun qanunsuz hərəkətlərinə dair müraciəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmışdır.

Müəyyən edilmişdir ki, V.İsgəndərov müraciət müəllifinin etibarından sui-istifadə edərək onu mövcud olmayan 9 nömrəli Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsinə təyin etdirəcəyi adı ilə 29 min manat məbləğində pul vəsaitini ələ keçirmiş və ona həmin vəzifəyə təyin olunması haqqında saxta əmrdən çıxarış təqdim etmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, fakta görə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında