Nəqliyyat naziri Şirvan şəhərində vətəndaşları qəbul etmişdir

 

İyunun 19-da nəqliyyat naziri Ziya Məmmədov Şirvan şəhərindəki mədəniyyət evində bu şəhərdən, eyni zamanda, Neftçala, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, İmişli, Beyləqan və Fizuli rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləmişdir.

Nazirliyin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda bu rayonlarda yaşayan sakinlərin müraciətinə baxılmışdır.

Görüşdə işə qəbul, kənd yollarının yenidən qurulması, magistral yolların çəkilişi zamanı pay torpaqlarının yol layihələrinə düşərkən konpensasiyanın ödənilməsi, eləcə də nazirliyin fəaliyyət istiqamətinə aid olan digər məsələlərlə bağlı müraciətlər dinlənilmişdir.

Qaldırılan məsələlərin demək olar ki, əksəriyyəti yerindəcə həll olunmuş, vətəndaşların digər müraciətləri əlaqədar köməklik göstərilməsi məqsədilə nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında