“Törnist Konstrakşn” MMC-nin direktorunun qanunsuz əməlləri ifşa edilmişdir

 

Baş Prokuror yanında Korrupsiyaya Qarşı  Mübarizə İdarəsi tərəfindən aparılmış araşdırmalarla “Törnist Konstrakşn” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Ceyhun Quliyevin Cəmiyyətə məxsus külli miqdarda pul vəsaitini mənimsəməsi faktları aşkar olunmuşdur.

Müəyyən edilmişdir ki, C.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif banklardan, habelə Cəmiyyətin hesablaşma hesablarından nağd şəkildə çıxarılmış 419 min manat məbləğində pul vəsaitini müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəmiş və bununla Cəmiyyətə külli miqdarda ziyan vurmuşdur.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, fakta görə Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında