Rabitə və informasiya texnologiyaları naziri Şəkidə vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

İyunun 19-da rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şəkidə bu rayondan, eləcə də Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul etmişdir.

Şəki telekommunikasiya qovşağının konfrans zalında nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı bu bölgədən olan vətəndaşların şikayət və müraciətləri dinlənilmişdir.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, müraciətlərin bəziləri yerindəcə həllini tapmışdır.

Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə bildirmişdir ki, müraciətlərdən 3-ü münasib işlə təmin olunmalarına kömək göstərilməsi ilə bağlı olmuşdur. Nazir vurğulamışdır ki, son illər yeni iş yerlərinin açılması bölgələrdə də sürətləndiyi üçün belə problemlərin həlli artıq çətinlik törətmir. Hər üç vətəndaşın müraciəti müsbət həll edilmişdir. Müraciətlərin bir neçəsi ucqar kəndlərdə mövcud rabitə problemləri ilə bağlı olmuşdur. Nazir bildirmişdir ki, artıq ən ucqar kəndlərdə də əhalinin internet xidmətlərindən yararlanmaq istəməsi sevindirici haldır. Qəbul zamanı bir neçə valideyn isə ali məktəblərdə təhsil alan övladlarının təhsil xərclərinin ödənilməsinə kömək göstərilməsini xahiş etmişlər. Bu müraciətlər də, demək olar ki, müsbət həllini tapmışdır.

Əli Abbasov vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlərinin də qeydiyyata alınaraq müvafiq qurumlara göndəriləcəyini diqqətə çatdırmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında