Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Gəncədə regional müşavirə keçirmişdir

 

İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətəndaş cəmiyyətinin gücləndirilməsində QHT-hökumət tərəfdaşlığı” mövzusunda zona müşavirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, ölkəmizin 15 rayonundan olan QHT təmsilçilərinin, eləcə də beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə Şuranın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında demokratik prinsiplərin həyatımızın normasına çevrildiyini vurğulamış, vətəndaş cəmiyyətinin inkişafının dövlətimizin başçısının siyasi kursunun əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırmışdır.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması istiqamətində QHT-lərin rolundan danışmışdır. Bildirilmişdir ki, hazırda Milli QHT Forumunun 66 rayonda koordinasiya, 5 regionda resurs və təlim mərkəzi fəaliyyət göstərir.

Müşavirədə Gəncədə QHT-lərin Regional Mərkəzinin yaradılmasının vacibliyi də qeyd edilmişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında