Layihə ilin sonunda başa çatdırılacaq

 

Ölkəmizin regionlarında içməli su təchizatı və kanalizasiya layihələrinin icrası sürətlə davam etdirilir.

Xatırladaq ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı konkret tədbirlər nəzərdə tutulmuşdur. Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin tədbirlər uğurla həyata keçirilir. Bu  tədbirlərin isə bir qismi Azərbaycanın dövlət büdcəsi hesabına reallaşdırılır.

“Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, artıq Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşmışdır. Məlumat üçün bildiririk ki, “Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi”nin icrasına 2011-ci ilin  sentyabrında başlanmışdır. Biləsuvar şəhərinə içməli su hazırda inşa edilən Şirvan-Muğan qrup su kəmərindən veriləcək. Şirvan-Muğan qrup su kəməri istismara verilənədək  Biləsuvar şəhərində su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri tam başa çatdırılacaq. Biləsuvar şəhərinin fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün hər birinin tutumu 5 min kubmetr olan 2 ədəd su anbarı tikilir. Layihəyə uyğun olaraq inşası nəzərdə tutulan 54,8 kilometr magistral su xəttinin  30,3 kilometrlik hissəsi çəkilmişdir. Şəhərin içməli su şəbəkəsinin tikintisi yekunlaşmaq ərəfəsindədir. Ümumi uzunluğu 110 kilometr  olan şəhərdaxili su şəbəkəsinin də 106 kilometrlik hissəsi çəkilərək ünvanlara birləşmələr verilmişdir.

Layihəyə əsasən, Biləsuvar şəhərində ilk dəfə olaraq kanalizasiya sistemi yaradılacaq. Bu məqsədlə inşa olunan 9,5 kilometr uzunluğunda kanalizasiya kollektorunun 8,8 kilometrlik hissəsi  çəkilmiş, 76,8 kilometr kanalizasiya şəbəkəsi yaradılmışdır. Layihədə nəzərdə tutulduğu kimi, Biləsuvar şəhərinində tullantı suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcəkdir.

İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə smart-kart tipli sayğacların quraşdırılması da davam etdirilir və artıq 5600 abunəçinin 2420-i sayğacla təmin olunmuşdur.

Yeri gəlmişkən, hazırda Biləsuvar şəhərinə içməli su Əzizbəyov adına kanaldan qrafik əsasında verilir. Şəhərdə kanalizasiya sistemi isə mövcud deyil. Yeni layihənin icrası nəticəsində  2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 26,2 min nəfərin içməli su təchizatı  və kanalizasiya xidmətlərindən istifadəsi tam yaxşılaşacaq. Bundan əlavə, Şirvan-Muğan qrup su kəmərinin tikintisi layihəsi çərçivəsində  kəmərin marşrutu boyunca  Biləsuvar rayonunun 23 kəndinə də içməli su veriləcək. Layihə üzrə işlərin isə cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında