Azərbaycan aclığa və yoxsulluğa qarşı mübarizə

 

sahəsində əldə etdiyi uğurlara görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xüsusi mükafatına layiq görülmüşdür

Azərbaycan Respublikası aclığa və yoxsulluğa qarşı mübarizə sahəsində əldə etdiyi uğurlara görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xüsusi mükafatına layiq görülmüşdür.

Azərbaycanın Romadakı BMT qurumları yanında daimi nümayəndəliyindən bildirmişlər ki, mükafat iyunun 16-da İtaliyanın paytaxtı Romada, FAO-nun mənzil-qərargahında təşkilatın baş direktoru  Joze Qratsiano da Silva tərəfindən kənd təsərrüfatı naziri İsmət Abasova təqdim edilmişdir.

Bu mükafat 2000-ci ildə BMT-nin Baş Məclisində qəbul olunmuş Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan “Aclığın yarıya qədər azaldılması”na və 1996-cı ildə Romada keçirilmiş Dünya Ərzaq Sammitində qəbul olunmuş “Kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması” üzrə məqsədə nail olmuş ölkələrə təqdim edilmişdir. Azərbaycan hər iki məqsədə nail olmuşdur. Mükafatın verilməsində məqsəd aclığa və yoxsulluğa qarşı mübarizədə radikal islahatlar həyata keçirmiş ölkələrin siyasi iradələrinin FAO tərəfindən etiraf edilməsi və yüksək qiymətləndirilməsindən ibarətdir.

Nazir İsmət Abasov təqdimat mərasimində çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış dövlət proqramlarının icrası nəticəsində ölkəmizdə yoxsulluğun 50 faizdən 5 faizə enməsi, son illərdə kənd təsərrüfatı sahəsində illik 6 faiz artım olmaqla dinamik inkişafın təmin edilməsi və kənd ərazilərində yaşayan əhalinin rifah halının yaxşılaşması barədə danışmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında