Bakıda Sülh Korpusu könüllülərinin 10-cu yubiley andiçmə mərasimi olmuşdur

 

Tədbirin əvvəlində Sülh Korpusunun üzvləri çıxış etmişlər. Qeyd edilmişdir ki, könüllülər ölkəmizin 21 regionunda Azərbaycan ailələrində yerləşdiriləcəklər. Burada onlar xalqımızın adət-ənənələri ilə tanış olmaq, Azərbaycan dilini öyrənmək imkanı əldə edəcəklər.

Sonra Sülh Korpusunun 27 nəfər könüllüsü and içmişdir.

Mərasimdə ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar çıxış etmişdir. O, əvvəlki illər ərzində Sülh Korpusunun könüllülərini qəbul etmiş Azərbaycan ailələrinə təşəkkürünü bildirərək demişdir: “Mən yeni könüllüləri Azərbaycan mədəniyyəti və Azərbaycan dili ilə daha yaxından tanış olmağa çağırıram. Əminəm ki, könüllülər bu proqram çərçivəsində Azərbaycan haqqında daha çox şey öyrənə biləcəklər”.

 AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında