GoMap.az elektron xəritə proqramını dörd gün ərzində 72 ölkənin Apple istifadəçisi yükləmişdir

 

iPhone və iPad istifadəçiləri üçün GoMap.az elektron xəritəsinin proqramı işlənib hazırlanmış və artıq App Store-da yüklənmə üçün yerləşdirilmişdir. Proqram azərbaycanlı istifadəçilər tərəfindən yüklənmələrin sayına görə ölkəmizdə ilk beşliyə daxildir, naviqasiya proqramları arasında isə ilk yeri tutur. App Store-da sözügedən proqramı dünyanın 72 ölkəsinin istifadəçiləri yükləmişdir.

İKT İnformasiya Mərkəzindən aldığımız məlumata görə, proqram istifadəçinin yerini müəyyənləşdirməyə, istənilən nöqtəyə marşrut çəkməyə, istifadəçinin yaxınlığında yerləşən və ümumiyyətlə bütün Azərbaycan və Gürcüstan ərazisi üzrə obyektlərin kateqoriyalar üzrə axtarışını təmin etməyə, həmçinin GoMap.az xəritəsinə yeni obyekti əlavə etməyə və s. bu kimi addımları atmağa imkan verir.

GoMap.az mobil istifadəçilərə xidmətlərin göstərilməsi üzrə məqsədyönlü strategiyanı həyata keçirir. Məsələn, Apple, Samsung, Sony, Blackberry və HTC kimi aparıcı smartfon istehsalçıları üçün saytın mobil versiyası “BakuTel-2012” 18-ci Azərbaycan beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində təqdim olunmuşdu.

GoMap.az xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında “bulud” texnologiyaları bazasında yaradılmış ilk resurslardan biridir. Hazırda GoMap.az servisləri “bulud” texnologiyaları bazasında təqdim edilir ki, bu da resursların səmərəliliyini dəfələrlə artırır.

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında