Misirin milli bayramı şərəfinə

İyulun 19-da Misirin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - 23 iyul İnqilab Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Misirin Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur çıxış edərək, inqilabdan ötən 58 ildə ölkəsinin keçdiyi inkişaf yolundan danışmış, bu illər ərzində müxtəlif sahələrdə böyük tərəqqiyə nail olduğunu, dünya birliyində layiqli yer tutduğunu vurğulamışdır.
Azərbaycan ilə Misir arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dinamik inkişaf etdiyini deyən diplomat qarşılıqlı münasibətlərin möhkəmlənməsində dövlət başçılarının rolunu xüsusi vurğulamışdır. Səfir əminliklə bildirmişdir ki, ənənəvi dostluq və əməkdaşlığa söykənən dövlətlərarası münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə təkan verəcək, xalqlarımızın mənafelərinə, onların tərəqqisinə xidmət edəcəkdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək, əlamətdar bayram münasibətilə Misir xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır.
Nazir demişdir ki, ölkələrimiz arasında mədəni əlaqələr hələ qədim dövrlərdən mövcud olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr digər sahələr üzrə də yüksələn xətt üzrə inkişaf etməyə başlamışdır. Son illər iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin öz əksini tapdığı bir sıra mühüm sənədlər imzalanmışdır.
Ş.Mustafayev dost ölkələr olan Azərbaycan ilə Misir arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin yüksələn xətlə inkişafına əlverişli zəmin yaradır.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında