Azərbaycan alacağı yeni qatar vaqonlarını Bakı-Tbilisi-Qars marşrutunda istifadə edəcək

 

Azərbaycanda dəmiryolunun yenidən qurulması Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun 240 kilometri və ya 80 faizi artıq əsaslı təmir olunmuşdur.

“APA Economics”in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov bildirmişdir.

Onun sözlərinə görə, hazırda proqram çərçivəsində enerji təsərrüfatının və rabitə-işarəvermə sisteminin yenilənməsi işləri də aparılır. Proqramın həyata keçirilməsi üçün Dünya Bankı tərəfindən 450 milyon dollar, Çexiya “Eximbank”ı tərəfindən 352 milyon dollar vəsait ayrılmışdır. İcrası 2014-cü ilin sonunadək yekunlaşacaq bu proqram çərçivəsində indiyədək vəsaitlərin 50 faizi sərf edilmişdir.

 Q.Nəzirov qeyd etmişdir ki, əsaslı təmir işləri nəticəsində yollarda sürəti 140 kilometr/saata çatdırmaq mümkündür. Lakin hələlik bu imkandan istifadə olunmur və yollarda faktiki sürət 80 kilometr/saatdır. Q.Nəzirovun sözlərinə görə, yolların əsaslı təmiri başa çatandan sonra burada sürət təqribən 2 dəfə artacaq. Nəticədə, Bakıdan Böyük Kəsiyə çatma müddəti indiki 10-12 saatdan 5-6 saata qədər azalacaq.

Həmçinin, dövlət proqramı çərçivəsində vaqon parkı da yenilənir - indiyədək 80 vaqon təmirə göndərilmişdir, daha 25 yeni vaqonun alınması gözlənilir. Yeni vaqonlar Avropa və Rusiyadan alına bilər. Onlar istənilən xətdə istifadə oluna bilər - ilk qatarlar Bakı-Tbilisi-Qars layihəsində istifadə ediləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında