İşğal olunmuş ərazilərdə narkotik maddə ticarətinə Ermənistan hakimiyyəti səviyyəsində rəhbərlik və nəzarət olunur

 

Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində narkotik maddələrin yetişdirilməsinə və qanunsuz satışına bilavasitə Ermənistan hakimiyyəti rəhbərlik və nəzarət edir.

Bunu AzərTAc-a müsahibəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov demişdir.

S.Orucov bildirmişdir ki, Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirməsi və münaqişənin həllinə qəsdən maneçilik törətməsinin səbəblərindən biri də bu ərazilərdə həyata keçirilən qanunsuz narkotik maddə ticarətinin külli miqdarda qazanc mənbəyi olmasıdır.

YAP Gənclər Birliyinin sədri qeyd etmişdir ki, Dağlıq Qarabağda yaradılmış separatçı rejim heç bir beynəlxalq təşkilat və dövlət tərəfindən tanınmır, beynəlxalq münasibətlər sisteminin subyekti deyil. Bu isə Dağlıq Qarabağ ərazisinin nəzarətdən kənarda qalmasına şərait yaradır. Nəzarət olunmayan ərazilər isə qanunsuz silah və narkotik maddə alveri üçün münbit və olduqca əlverişli mühitdir. Buna görə də münaqişənin həll olunması Ermənistanın siyasi elitasının maraqlarına cavab vermir.

Ermənistanın yaxın qonşularına qarşı irəli sürdüyü əsassız torpaq iddialarının onu təcrid vəziyyətinə saldığını vurğulayan S. Orucov demişdir ki, təbii sərvətlərinin kasadlığı, iqtisadiyyatının tənəzzülü və özünütəcrid siyasəti işğalçı ölkənin əhalisini dilənçi kökünə salmışdır. Yoxsulluq şəraitində yaşayan insanları isə narkotika alverinə cəlb etmək həm asan, həm də sərfəlidir.

S.Orucovun fikrincə, bütün bunlar günün reallığıdır, Ermənistan dövlətinin apardığı siyasətin mahiyyətidir. Odur ki, Beynəlxalq aləm Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində narkotik maddələrin yetişdirilməsinin və qanunsuz satışının getdikcə daha geniş miqyas almasına göz yummamalı, buna şərait yaradanlardan məsuliyyət tələb olunmalıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında