Azərbaycanın və Türkiyənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin uğurla davam etdirilməsi məsələləri müzakirə olunmuşdur

 

Xəbər verildiyi kimi, Azərbaycan və Türkiyə prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə Türkiyə Respublikasının baş prokuroru Hesen Erbilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun dəvəti ilə iyunun 11-də ölkəmizə səfərə gəlmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iyunun 12-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Türkiyə Respublikası Prokurorluğunun nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Qonaqları səmimiyyətlə salamlayan baş prokuror xalqlarımızın tarixən milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirmişdir. Zakir Qaralov bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları ilə dəqiq ifadə olunduğunu diqqətə çatdırmışdır. Ölkələrimizin rəhbərlərinin siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin Azərbaycan ilə Türkiyəni daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyi xüsusi vurğulanmışdır.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli  müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir.

Səmimi görüş üçün minnətdarlığını bildirən Hesen Erbil rəhbərlik etdiyi təşkilatın Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulamışdır. O, ölkələrimiz arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdikləri bütün məsələlərdə bir-birinə dəstək vermələrini xüsusi qeyd etmişdir.

 Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmışdır. Həmçinin tərəfləri maraqlandıran məsələlər müzakirə olunaraq iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik bildirilmişdir.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olmuşdur.

Muzeydə prokurorluğumuzun zəngin tarixi, Azərbaycan-Türkiyə münasibətlərini əks etdirən ekspozisiyalar, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş guşə və eksponatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi hazırlanmış guşə qonaqların marağına səbəb olmuşdur.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında