Türkiyə Respublikasının baş prokuroru Ali Məhkəmədə olmuşdur

 

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının baş prokuroru Hesen Erbilin başçılıq etdiyi nümayəndə heyəti iyunun 12-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Türkiyə nümayəndə heyətinin üzvləri Ali Məhkəmənin inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə, plenumun iclas zalına baxmışlar.

Ali Məhkəmənin sədri Ramiz Rzayev qonaqları salamlayaraq bildirmişdir ki, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə, o cümlədən məhkəmə sahəsində də uğurla inkişaf edir. Azərbaycan ilə Türkiyənin məhkəmə-hüquq sistemləri arasındakı əlaqələr uğurla davam etdirilir. Sədr Azərbaycan və zəngin hüquq ənənələrinə malik qardaş Türkiyənin məhkəmə-hüquq sistemləri arasında işgüzar əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə etmişdir.

R.Rzayev Ali Məhkəmənin yaranma tarixindən, fəaliyyət istiqamətlərindən danışmış, məhkəmədə baxılan işlər barədə qonağa ətraflı məlumat vermişdir.

Bildirmişdir ki, Azərbaycan məhkəmə-hüquq sahəsində dünyanın bir çox inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir.

Respublikamızda məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyi qeyd edilmiş, bu islahatların Ali Məhkəmənin strukturunda və fəaliyyətində də əksini tapdığı vurğulanmışdır.

Hesen Erbil Türkiyədəki məhkəmələrin fəaliyyətindən danışmış, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qonaq əməkdaşlığımızın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.

Dərin tarixi köklərə malik əlaqələrimizin yüksək səviyyəsindən məmnunluqla danışan Hesen Erbil Azərbaycanın hərtərəfli dinamik inkişaf etdiyini demiş, məhkəmə-hüquq sistemində aparılan islahatları və əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirmişdir.

Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında