Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 92-ci sessiyasında Azərbaycanın nümayəndə heyəti də iştirak edəcək

 

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti dünyanın 182 dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 12-21 iyun 2013-cü il tarixlərində  keçiriləcək 92-ci Sessiyasında iştirak etmək üçün London şəhərinə xidməti səfərə yola düşmüşdür.

“Dənizdə insan həyatının mühafizəsinə dair”  Beynəlxalq Konvensiya"nın, “Konteynerlərin təhlükəsizliyi haqqında Beynəlxalq Konvensiya”nın, “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”ya və həmin Konvensiyanın  B əlavəsinə, “Gəmilərin əmniyyətli idarəedilməsi və çirklənmənin qarşısının alınması haqqında Beynəlxalq Məcəllə”nin tələblərindən irəli gələn vəzifələrə dair işgüzar müzakirələrin aparılması sessiyanın gündəmində duran əsas məsələlərdəndir.

Eyni zamanda Komitənin iclasında dənizdə təhlükəsizliyin təmin olunmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, Dövlət bayraq nəzarəti, radio əlaqə, dənizdə həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, naviqasiya təhlükəsizliyi, yanğından mühafizə,  təhlükəli maddələrin, bərk yüklərin və konteynerlərin daşınması,  “Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tətbiqi və s. kimi məsələlərlə əlaqədar ümumi müzakirələr aparılacaq, qərarlar qəbul ediləcəkdir.

 Səfər zamanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun Beynəlxalq Dəniz Təşkilatının Baş katibi cənab Koji Sekimuzi və bir sıra ölkələrin dəniz administrasiyaları rəhbərləri ilə işğüzar ğörüşləri də nəzərdə tutulmuşdur.

Mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında