Səbailli gənclərin hərbçilərlə görüşü

 

Milli Qurtuluş Günü ərəfəsində Səbail Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunları “N” saylı hərbi hissədə birgə tədbir keçirdi.

Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar komandanlığının iştirak etdiyi görüşdə ictimaiyyət  nümayəndələri, tələbələr, rayonun və Bakı Oksford məktəbinin şagirdləri, Daxili Qoşunların şəxsi heyəti iştirak edirdi. Əvvəlcə hərbi hissənin sıra meydanında şəxsi heyət və gənclərin düzülüşü təşkil olundu, iştirakçılar, ümummilli lider Heydər Əliyevin xatirəsini yad etdilər.

Sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Daxili Qoşunlar Qərargahının şöbə rəisi, polkovnik Mətləb Qənbərov və qonaqlar hərbi hissədə yaradılmış Daxili Qoşunların Döyüş Muzeyində qoşunların yaranmasını, döyüş yolunu əks etdirən eksponatlarla tanış oldular. Onlar əsgər yataqxanasına, tibb məntəqəsinə, idman şəhərciyinə, xidmət otaqlarına da baxdılar.

Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi müasir silah və hərbi texnika, onların döyüşdə tətbiqi barədə brifinq keçirildi. Daxili Qoşunların zabitləri qonaqlara silahlardan istifadə qaydalarını, əsgər və zabitlərin müxtəlif  geyimlərini,  qorunma vasitələrini nümayiş etdirdilər. Şəxsi heyətin gündəlik xidməti və hazırlığı, xüsusi təyinatlı dəstənin əməliyyat səhnələri nümayiş etdirildi.

Daxili Qoşunların hərbi orkestrinin müşayəti ilə hərbi texnika və şəxsi heyətin təntənəli keçidi oldu.  

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbir iştirakçılarını Milli Qurtuluş Günü və  hərbi hissənin yaradılmasının 21-ci ildönümu münasibəti ilə təbrik etdi. O, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən, ulu öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbçilərin yetişdirilməsi məqsədi ilə C.Naxçıvanski adına liseyin yaradılmasından danışdı. Asif Əsgərov bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə təminatı ilə bağlı gördüyü işlər barədə də məlumat verdi, belə tədbirlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğuladı.

  Daxili Qoşunların “N” saylı hərbi hissəsinin komandir əvəzi, polkovnik-leytenant Alim İsmayılov müasir silah və texnika ilə təminat, şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər  barədə  məlumat verdi.

Rəsmi hissədən sonra qonaqlar və hərbi hissənin  şəxsi heyəti üçün birgə nahar süfrəsi açıldı, qonaqlar yeməklərin keyfiyyətini yüksək qiymətləndirdilər.

R.TAHİR, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında