Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlıq genişlənir

 

İyunun 12-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının baş prokuroru Hesen Erbilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tarixən qədim köklərə bağlı olan dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirən nazir dövlətlərimizin rəhbərlərinin müntəzəm qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafında xüsusi rolunu vurğulamış, zəngin müqavilə bazasına söykənən hüquqi əlaqələrin əhəmiyyətini qeyd etmiş, Türkiyə baş prokurorun səfərinin qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsinə böyük təkan verəcəyini söyləmişdir.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin tətbiqi, həmçinin hakimlərin ən şəffaf seçimi və tədrisi barədə məlumat vermiş, bu sahədə qardaş Türkiyənin dəstəyini təqdir edərək tədris tədbirlərində türk prokurorlarının iştirakını vurğulamışdır.

Milli Qurtuluş Gününün 20 illiyi ərəfəsində ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edən H.Erbil Azərbaycan və Türkiyə liderlərinin sayəsində iki dövlət arasında qurulmuş münasibətlərin ən yüksək səviyyəyə çatdığını bildirmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın qazandığı nailiyyətləri təqdir edərək səfər zamanı hərtərəfli dinamik tərəqqidən heyran qaldığını vurğulamışdır. Qonaq hüquqi sahədə əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əmin olduğunu bildirmiş, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etmişdir.

Görüşdə, həmçinin iki ölkənin ədliyyə akademiyaları arasında əməkdaşlıq, inzibati ədliyyə, hakimlərin və prokurorların tədrisi, habelə penitensiar infrastrukturun müasirləşdirilməsi və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında