Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Batuminin görməli yerləri ilə tanış olmuşdur

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iyulun 18-də Batuminin görməli yerləri ilə tanış olmuşdur.
Şəhərin mərkəzindəki saat qülləsi ilə tanışlıq zamanı Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs məlumat verdi ki, bu saatı Batuminin hər yerindən görmək mümkündür.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Batuminin tarixi hissəsində oldu.
Mehriban xanıma Avropa meydanında Venesiya memarlığı üslubunda inşa olunan bina haqqında məlumat verildi. Qeyd olundu ki, son illərdə Batumidə geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Avropa meydanında aparılan yenidənqurma işləri də bunun bir tərkib hissəsidir.
Mehriban xanım Əliyeva Batumidə həyata keçirilən infrastruktur layihələrinin eskizlərinə də baxdı.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında