Azərbaycan Mətbuat Şurası və “Vergilər” qəzetinin keçirdiyi müsabiqəyə yekun vurulmuşdur

 

Azərbaycan Mətbuat Şurası və  “Vergilər” qəzetinin birgə elan etdiyi “Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusundakı müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, respublikamızda vergi islahatları özünün dinamizmi və beynəlxalq standartların tətbiqilə böyük uğur qazanmış və hazırda Azərbaycan çevik vergi modelinə malik ölkələrdən biridir. Vergilər Nazirliyi Heydər Əliyevin müəyyənləşdirdiyi xətti daim rəhbər tutaraq fəaliyyət göstərir. Bu gün burada toplaşmağımız da həmin xəttə sadiqliyin bir nümunəsidir.

“Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev çıxışında müsabiqə ilə bağlı ətraflı məlumat vermişdir. O bildirmişdir ki, həyata keçirilmiş təşəbbüsdə məqsəd Azərbaycanın müasir vergi sistemi ilə bağlı yeniliklərin və məlumatların cəmiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarətdir.

Xatırladaq ki, müsabiqəyə ümumilikdə 44 yazı təqdim olunmuşdur. Üç istiqamət  üzrə birinci, ikinci və üçüncü yeri tutanlar mükafatlandırılmış, 35 jurnalist isə həvəsləndirici mükafata layiq görülmüşdür.

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında