Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Batumidə Nobel qardaşlarının texniki muzeyində olmuşdur

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs iyulun 18-də Batumidə Nobel qardaşlarının texniki muzeyində olmuşlar.
Mehriban xanımın diqqətinə çatdırıldı ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafı qonşu Gürcüstanın da inkişafına təsir göstərmişdir. O dövrdə Bakıda neft hasilatı ilə məşğul olan Nobel qardaşları "qara qızıl"ı Batumi vasitəsilə Avropa bazarlarına çıxarmışlar. 1883-cü ildə Nobel qardaşları Batumidə bu məqsədlə neft terminalı da inşa etmişlər. Həmin dövrdə Bakı-Batumi dəmir yolunun çəkilməsi isə nobellərin neft biznesinin daha da inkişafına böyük töhfəsi olmuşdur.
Nobel qardaşlarının vaxtilə evi olmuş bu muzeydə neft maqnatlarının Batumidəki fəaliyyətini əks etdirən müxtəlif fotolar və əşyalar toplanmışdır. Muzeydə, həmçinin Balaxanıdakı neft mədənlərinin şəkilləri, Nobel qardaşlarının əlyazmaları da saxlanılır.
Mehriban xanım Əliyeva muzeyin xatirə kitabına ürək sözlərini yazdı.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında