Liviya mətbuatında Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məqalə dərc olunmuşdur

 

Azərbaycan Respublikasının Liviyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin dövlət mətbu orqanı olan “Libya əl-Əxbariyyə” qəzetinin ictimai əlavəsinin 2013-cü il 4 iyun tarixli 1-ci nömrəsində “Heydər Əliyev Fondu: təhsil və səhiyyə sahəsində müxtəlif layihələr” başlıqlı məqalə dərc olunmuşdur.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, məqalədə Heydər Əliyev Fondunun tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş ulu öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsinin öyrənilməsi və yayılması, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradıldığı qeyd olunmuşdur.

Məqalədə 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial sahələrdə, həmçinin Azərbaycanın xaricdə dəstəklənməsinə, onun mədəni irsinin qorunmasına yönəlmiş digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etdiyi, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verdiyi xüsusilə vurğulanmışdır.

“Libya əl-Əxbariyyə” qəzetinin redaksiyası ilə Heydər Əliyev Fondunun fəaliyyəti haqqında silsilə məqalələrin dərc olunması razılaşdırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında