Volqoqradda “Rusiya-Azərbaycan: regionlararası dialoq-2013” mövzusunda IV Forum keçiriləcəkdir

 

İyunun 5-6-da Rusiya Federasiyasının Volqoqrad şəhərində “Rusiya-Azərbaycan: regionlararası dialoq-2013”  mövzusunda IV Forum keçiriləcəkdir.

Forumun təşkilat komitəsindən AzərTAc-a bildirmişlər ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikası ilə Rusiya  Federasiyasının regionları arasında iqtisadi, elmi-texniki və humanitar əməkdaşlığın vəziyyətini araşdırmaq, mövcud əlaqələrin daha da genişləndirilməsi üçün təklif və tövsiyələr hazırlamaqdır.

Təşkilatçısı Rusiyanın qeyri-kommersiya qurumu - “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondu olan Foruma Azərbaycanın və Rusiyanın prezidentlərinin administrasiyaları tərəfindən dəstək verilir.

Forumda hər iki ölkənin prezidentləri administrasiyalarının,  parlamentlərinin, mərkəzi  və regional hakimiyyət orqanlarının, elm və təhsil müəssisələrinin, biznes strukturlarının, KİV və QHT-lərin təmsilçiləri iştirak edəcəklər.

Tədbirdə Azərbaycanı Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, sənaye və energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər təmsil edəcəklər.

Forum həm plenar, həm də bölmə iclaslarından ibarət olacaqdır. Plenar iclasda Azərbaycan və Rusiya nümayəndələri müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər. 

Forum öz işini “Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının regionlararası əməkdaşlığı: hazırkı vəziyyəti və inkişaf  perspektivləri”, “Rusiya-Azərbaycan: energetika və nəqliyyat kommunikasiyaları. Qarşılıqlı maraqlar”, “Rusiya və Azərbaycanın iqtisadi əməkdaşlığı: imkanlar və perspektivlər”, “Xəzər regionunda sabitliyin təmin olunmasında Rusiya və Azərbaycanın rolu”, “Rusiya və Azərbaycan gəncliyi: yeni nəslin dialoqu”, “Rusiya və Azərbaycanın humanitar əlaqələri və inkişaf perspektivləri” mövzularında “dəyirmi masa”larda davam etdirəcəkdir.

Forum çərçivəsində Volqoqrad şəhərində Volqoqrad-Bakı dostluq parkının tikintisinə başlanma mərasimi, iqtisadi innovasiyalar sərgisinin açılışı, ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Tədbirin sonunda Forumun nəticələrinin müzakirəsi və Yekun Bəyannamənin qəbulu nəzərdə tutulur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında