Uşaqlar dünyamızın işığıdır

 

1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü ölkəmizin hər yerində  olduğu kimi, Bakının Yasamal rayonun 18 saylı məktəbində də təntənə ilə qeyd olundu. Birinci sinif şagirdləri bayramın diqqət mərkəzində oldu.

“Yuğ” teatrında düzənlənən “Bizim gözəl dünyamız” adlı tamaşanın əsas qəhrəmanları da elə birincilərin özləri oldular. Gözəl səhnə dekorasiyası, nağıl qəhrəmanlarının geyimləri, ən başlıcası isə balacaların aktyor məharəti tamaşanı daha baxımlı etdi. Hiss olunurdu ki, 17 illk təcrübəsi olan 1a sinifinin rəhbəri Ellada Salamova bu tədbirə daha ciddi hazırlaşıb. Nağıl dünyası ilə balacaları Lamiyə Əliyeva və Məhəmmədrza Hacıverdiyev tanış etdi. Tamaşada Elm baba, Kitab, Sehrbaz,  cəngavərlər  və digər nağıl personajları çıxış etdilər. Balaca aktyorlardan Kitab – Xanım Əhmədova, Buratino-Murad Qənbərli, Qırmızı papaq-Xədicə Qasımova, Canavar-Nigar Balayev, Malvina-Çinarə Pirverdiyeva və digər uşaqların çıxışı taamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

 Şənlikdə məktəbin dərs hissə müdiri Tahirə Məmmədova məktəbliləri Son zəng və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək yeni dərs illində onlara uğurlar arzuladı.

Sonda tədbir iştirakçılarına fəxri fərman və hədiyyələr təqdim olundu.

Rafiq SALMANOV,

“Xalq qəzeti”

foto müəllifindir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında