Bakı Polis Qarnizonu paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyindədir

İyulun 17-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2010-cu ilin birici yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
İdarənin mətbuat xidmətindən bildirmişlər ki, müşavirəni giriş sözü ilə açan BŞBPİ-nin rəisi, polis general-mayoru Rafiq Abbasov bildirmişdir ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs, demokratik islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir. Respublikamızın inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, vətəndaşların təhlükəsizliyinin təmin edilməsində Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının mühüm rolu vardır. Baş İdarənin rəisi hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatın qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verdiyini qeyd etmişdir.
BŞBPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov 2010-cu ilin birinci yarısında paytaxtda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, hesabat dövründə Bakı şəhərində ümumən 5.464 cinayət hadisəsi qeydə alınmış, onların 84,9 faizi (4.644) az ağır və böyük ictimai təhlükə törətməyən, 15,1 faizi (820) isə ağır və xüsusilə ağır cinayətlər olmuşdur.
Qabaqlayıcı profilaktik tədbirlərin düzgün təşkili və aparılması sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə quldurluq 10 fakt, soyğunçuluq 51 fakt, adam oğurluğu 4 fakt ( 3 dəfə), zorlamalar 6 fakt (7 dəfə), xuliqanlıq 11 fakt, mülkiyyət əleyhinə cinayətlər 11 fakt , o cümlədən şəxsi əmlak oğurluqları 21 fakt azalmış, hədə-qorxu ilə tələb etmə cinayətlərinin sayı isə sabit qalmışdır.
Bütövlükdə ümumi cinayətlərin açılması 1,5 faiz artaraq 80,7 faiz təşkil etmiş, ağır növ cinayətlərin isə 76,3 faizinin açılması təmin olunmuş, eləcə də naməlum şəraitdə baş vermiş cinayətlərin açılma faizi 60,1 faizdən 64,2 faizədək yüksəlmiş, ötən illə müqayisədə bağlı qalmış cinayətlərin sayı 123 fakt azalmışdır.
Hesabat dövründə qanunsuz dövriyyədən 104 kiloqramdan çox narkotik vasitə çıxarılmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə qanunsuz dövriyyədən güclü təsirə malik 9,4 kiloqramdan çox tiryək, 9 kiloqramdan artıq heroin çıxarılmış, 36 cinayətkar qrup aşkar edilərək zərərsizləşdirilmişdir.
Axtarışda olan təqsirləndirilənlərin axtarılması da fəal surətdə davam etdirilmiş, 834 belə şəxsdən 459-nun, o cümlədən əvvəlki illərdən axtarılan 58 nəfərin, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 80 nəfərin tutulması təmin edilmiş, bu sahədə aidiyyəti əməkdaşların prinsipial mövqeyi və görülmüş tədbirlər nəticəsində, keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarış işlərinin sayı 117 fakt, qalıq isə 32 fakt azalmışdır.
Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılmış, qanunsuz keçirilməsinə cəhd göstərilən aksiyaların qarşısı alınmış, şəhər miqyasında keçirilən kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən mərasimlərdə nümunəvi ictimai asayiş təmin olunmuşdur.
Hesabat dövründə kadrların seçilib yerləşdirilməsi, təqdimatlara vaxtında baxılıb həll edilməsi, polis əməkdaşlarının fiziki, döyüş və peşə hazırlığı səviyyələrinin, xüsusən Attestasiya Komissiyasının fəaliyyət keyfiyyətinin artırılması məsələləri daim nəzarətdə saxlanılmışdır.
İstintaq işlərinin və təhqiqatın aparılması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülmüş, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin edilmişdir.
Bakı Polis Qarnizonunun bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış etmiş, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz vermişlər.
BŞBPİ-nin rəisi Rafiq Abbasov əməliyyat müşavirəsinə yekun vuraraq, nöqsanların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyələrini vermişdir.
Baş İdarənin rəisi ölkə rəhbərliyini əmin etmişdir ki, Bakı Polis Qarnizonunun şəxsi heyəti bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin təmin edilməsi istiqamətində qarşıya qoyulan bütün vəzifələri, verilən göstərişləri layiqincə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında