Lənkəranda səyyar qəbullar ənənəvi xarakter alıb

Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, əhalinin arzu və istəklərinin öyrənilməsi Lənkəran şəhər rəhbərliyinin fəaliyyətində mühüm istiqamətlərdən birini təşkil edir. Cari ilin əvvəlindən icra başçısı Taleh Qaraşov yerlərdə19 səyyar görüş-qəbul keçirib. Qəbullarda 6800 nəfər iştirak edib, 176 vətəndaş tərəfindən 220 təklif verilib və problemlər qaldırılıb.

Qəbul-görüşlərdə qaldırılan məsələlər əsasən sosial xarakterlidir. Binaların dam örtüyünün dəyişdirilməsi, həyətlərdə uşaq əyləncə mərkəzlərinin və kiçik parkların yaradılması, təhsil, səhiyyə müəssisələrinə aid binaların, yolların təmiri, qaz təchizatı ilə bağlı arzu və təkliflər üstünlük təşkil edib.

Viyən kəndində keçirilən növbəti səyyar qəbulda məlumat verildi ki, yerlərdə əhali ilə görüşlərin nəticəsi olaraq rayonun bir sıra qəsəbə və kəndlərində təbii qaz xəttinin çəkilişi başa çatdırılıb, şəhər ərazisində binaların dam örtüyü və fasad hissələri yenilənib, Parakənd kənd mərkəzi yolu asfaltlaşdırılıb, Vilvan-Zövlə-Boladi-Liman magistral avtomobil yolunun çəkilişi isə tamamlanmaq üzrədir. Şürük-Vel-Kamuşovka avtomobil yolları tamamilə yenidən qurulub, Lənkəran-Vilvan-Osakücə-Tükəncil yolunun 16,5 kilometrlik hissəsi asfaltlanaraq istifadəyə verilib, hazırda yolun qalan hissəsinin bərpasına və Vilvan-Zövlə-Boladı-Liman yolunun əsaslı təmirinə başlanıb.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Şahsuvar Abdullayev kəndin sosial-iqtisadi inkişafı üzrə görülmüş işlər barədə danışdı, bir sıra vacib məsələləri diqqətə çatdırdı. Viyən bələdiyyəsinin sədri Seyfulla Seyfullayev kənddə aparılan abadlıq, səliqə-səhman işlərindən söz açdı. Sonra kənd sakinlərindən Əbdül Cəfərov, İsmayıl Həsənov, Baratəli Mirzəyev, Aydın Heydərov, Qüdrət Cəfərov, Sahib Kazımov və başqaları çıxış edərək kənddə olan bəzi problemləri - elektrik ötürücü xətlərinin köhnəlməsini, məktəb binasının yararsız vəziyyətdə olmasını, kəndarası yollarının sıradan çıxması səbəbindən nəqliyyatın hərəkətinin çətinləşdiyini  bildirdilər. Çıxışçılar həmçinin Lənkəranda aparılan quruculuq işlərini bəyəndiklərini söylədilər. Onlar qarşıdan gələn prezident seçkilərində yekdilliklə cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini əminliklə bildirdilər.

Sonra bir neçə sakin şəxsi məsələ ilə əlaqədar müraciət etdi. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dedi ki, ötən ilin oktyabr ayında bu ərazidə əhali ilə keçirilən görüşdən sonra xeyli iş görülmüşdür və tədbirlər davam etdirilir.

İcra başçısı ölkəmizdə sosial-iqtisadi sahələrdə əldə edilmiş uğurlardan danışarkən qeyd etdi ki, hakimiyyətlə xalqın vəhdəti uğurların əsasında dayanır. Bu nailiyyətlər ulu öndər Heydər Əliyevin siyasi kursunun bəhrələridir. Natiq həmçinin son 10 ildə ölkəmizin iqtisadi qüdrətinin artmasından söz açdı, Prezident İlham Əliyevin Lənkərana misilsiz qayğısını xüsusi qeyd etdi. O dedi ki, görüşdə qaldırılan məsələlərin hamısı öyrəniləcək və qarşıdakı dövr üçün fəaliyyət proqramına salınacaq.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında