Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş poçt markası buraxılmışdır

 

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş poçt markasını təqdim etmişdir.

Markanın nominal dəyəri - 60 qəpik, tirajı - 200 min ədəd təşkil edir.

Xatırladaq ki, bu ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

Son tədqiqatlar Məhsəti Gəncəvinin XI əsrin axırlarında Gəncədə doğulduğunu, mükəmməl təhsil aldığını, Şərq ədəbiyyatına və musiqisinə dərindən bələd olduğunu göstərir. Yaradıcılığının ən məhsuldar dövrünü Sultan Mahmud Səlcuqinin və onun əmisi Sultan Səncər Səlcuqinin saraylarında keçirmişdir. Ədəbi irsi dövrümüzədək tam halda gəlib çatmamışdır. Rübailəri dünyəviliyi, humanizmi, nikbinliyi ilə seçilir. Yaradıcılığında məhəbbət lirikası xüsusi yer tutur. Şeirlərində xalqın azad və xoşbəxt həyat haqqında romantik arzuları yüksək bədii sənətkarlıqla təsvir olunmuşdur.

Məhsəti Gəncəvinin şəxsiyyəti və ədəbi yaradıcılığı Şərq qadınının fikir və mənəvi azadlığının parlaq təcəssümü kimi Qərb şərqşünaslarının əsərlərində yüksək dəyərləndirilmişdir.

 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyası Məhsəti Gəncəvinin 900 illik yubileyinin  qeyd edilməsi haqqında qərar qəbul etmişdir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında