Sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq ediləcək

 

 

Mayın 26-dan etibarən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin respublikadan kənara və respublika daxilində hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəllərində bəzi dəyişikliklər ediləcəkdir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, 55/56 saylı Bakı-Moskva sürət qatarı həftədə bir dəfə “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus heyətlə Bakıdan III günlər saat  21.55-də yola düşəcəkdir. Qatar Kurskaya  (Moskva) stansiyasına həftənin VI günləri saat 4.15-də çatacaq və həmin gün saat 16.49-da Bakıya yola düşəcəkdir.         

Vaqonlar təmirdən qayıtdıqdan sonra “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus heyətlə ikinci qatar Bakıdan həftənin VII günləri yola duşəcəkdir.

95/96 saylı Bakı-Moskva sürət qatarı həftədə iki dəfə Rusiya Dəmir Yollarına məxsus heyətlə Bakıdan həftənin I və V günləri  saat 21.55-də yola düşəcəkdir.

Qatar Kurskaya stansiyasına (Moskva) həftənin  I, IV günləri saat 4.15-də çatacaq, Moskvadan Bakıya isə həftənin II, V günləri saat 16.49-da yola düşəcəkdir.  

369/370 saylı Bakı-Xarkov sərnişin qatarı “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus heyətlə  dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcəkdir.

373/374 saylı Bakı-Tümen sərnişin qatarı Rusiya Dəmir Yollarına məxsus heyətlə günaşırı öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcəkdir.

 Qatarın tərkibində qoşma Çelyabinsk-Bakı, Ufa-Bakı, Samara-Bakı, Saratov-Bakı vaqonları və yay mövsümündə Novosibirsk-Bakı birbaşa vaqonu hərəkət edəcəkdir.

391/392 saylı Bakı-Rostov sərnişin qatarı Şimali Qafqaz Dəmir yoluna məxsus heyətlə dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcəkdir.

38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı öz hərəkət cədvəli və sxemi üzrə hər gün hərəkət edəcəkdir.

96/97 saylı Bakı-Ağstafa qatarı yeni hərəkət cədvəlində yeni 98/97  nömrə ilə hərəkət edəcəkdir.

Yerli istiqamətdə hərəkət edən digər sərnişin qatarları öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcəkdir.

Qabil YUSİFOĞLU ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında