İstanbuldan Lənkərana yeni aviareys açılacaq

 

 

 “Türkiyə Hava Yolları” (THY) aviaşirkətinin İstanbuldan Lənkəran şəhərinə yeni reysinin açılması 2014-cü ilin yay mövsümündə gözlənilir. Bu barədə cümə axşamı Trend-ə THY-nin prezidenti və baş direktoru Temel Kotil açıqlama vermişdir.

Kotilin sözlərinə görə, şirkət yeni reyslərlə bağlı bəzi texniki məsələlər üzrə Lənkəran aeroportu ilə danışıqlar aparır. O, bildirmişdir ki, İstanbul-Lənkəran-İstanbul reysləri ilkin mərhələdə həftədə 4 dəfə, sonra isə hər gün həyata keçiriləcək. Bundan başqa, şirkət mövcud reyslərin sıxlığının artırılması üzrə Azərbaycan tərəfi ilə danışıqlar aparır. THY-nin İstanbul-Bakı-İstanbul marşrutu üzrə reysləri hazırda yalnız İstanbuldakı “Atatürk” hava limanından həyata keçirilir. İstanbulun “Sabiha Gökçen” hava limanından reysləri isə “Azərbaycan Hava Yolları”nın təyyarələri həyata keçirir. Hazırda THY-nin təyyarələri Azərbaycanın Bakı, Naxçıvan və Gəncə şəhərlərinə reyslər yerinə yetirir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında