Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı

 

 

 Respublikamızın gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri istiqamətində daha bir narkotik qaçaqmalçılığının qarşısını almışlar.

     Belə ki, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından gələn İran İslam Respublikasının vətəndaşları Fathi Saleh Gholam və Assadi Rasoul Bahloulun idarə etdikləri “Volvo B72R” markalı, İR 17392 dövlət nömrə nişanlı sərnişin avtobusu gömrük nəzarətindən keçirilərkən, “Kazir” ləqəbli kinoloji xidmət itinin reaksiyasına əsasən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə salondakı 29, 33, 36, 37  və 40 nömrəli oturacaqların hər birinin arxa üzlüyünün aşağı hissəsində alt tərəfdən xüsusi olaraq yerləşdirilib gömrük nəzarətindən gizlədilmiş, qara rəngli izolizasiya lenti ilə sarınmış 4 ədəd plastik butulka və 1 ədəd plastik borunun içərisindən 12 bağlamada külli miqdarda, ümumi xalis çəkisi 3 kiloqram 925 qram həşiş qətranı, 3 bağlamada külli miqdarda, ümumi xalis çəkisi 236,148 qram tiryək, 2 bağlamada ümumi xalis çəkisi 186,19 qram heroin və 1 bağlamada şəxsi istehlak miqdarından artıq miqdarda xalis çəkisi 0,125 qram metadon narkotik vasitələri aşkar edilərək götürülmüşdür.

     Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmış, Fathi Saleh Gholam və Asadi Rasoul Bahloul şübhəli şəxs qismində saxlanmışlar.  Cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılmış, dindirmələr keçirilmiş və məlum olmuşdur ki, aşkarlanan narkotik vasitələri digər bir İran İslam Respublikasının vətəndaşı Zomorrodnia Edris Aga Karim sərnişin avtobusuna gizli olaraq yerləşdirmişdir. Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən Zomorrodnia Edris Aga Karim şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə Zomorrodnia Edris Aga Karima ittiham elan edilmiş və Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında