İdman mövzusunda jurnalist yazıları müsabiqəsi keçirilir

 

 

Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycanda idmanın və olimpiya hərəkatının KİV-lərdə təbliğini daha da genişləndirmək və bu sahədə peşəkar idman jurnalistlərinin yaradıcılığını keyfiyyətcə yeni mərhələyə qaldırmaq məqsədilə “Azərbaycanda idman və olimpiya hərəkatı: inkişaf tarixi, nəticələr və prespektivlər” mövzusunda birgə müsabiqə keçirir.

Müsabiqədə

I -ci yer üçün bir nəfər - 1000 manat;

II -ci yer üçün bir nəfər - 800 manat;

 III -cü yer üçün bir nəfər - 500 manat mükafatlandırma nəzərdə tutulmuşdur. Bundan əlavə, 5  yazı müəllifinin hər birinə 100 manat həvəsləndirici mükafat veriləcək. Qaliblər Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə də təltif olunacaqlar.

Müsabiqədə ən azı 1 il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə yazıların qəbulu sentyabrın 16-dək davam edəcək.

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında