Gürcüstanın daxili işlər naziri “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur

 

 

Azərbaycanda səfərdə olan Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili mayın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 nömrəli Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.

Dövlət Agentliyinin sədri İnam Kərimov 1 nömrəli Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin yeni Sumqayıt “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması, səyyar xidmətlərin tezliklə vətəndaşların sərəncamında olması, həmçinin gələcək planlara dair məlumatları qonağın diqqətinə çatdırmışdır.

Qeyd olunmuşdur ki, “vahid məkan” prinsipinə əsaslanan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsindən ibarətdir.

“ASAN xidmət” mərkəzində təşkil olunmuş iş prinsipi ilə tanış olan qonaq vahid məkandan dövlət xidmətlərinin göstərilməsi üzrə mexanizmin Azərbaycan modeli - “ASAN xidmət”in hüquqi-formal əsaslarını maraqla qarşılamış, praktiki nəticələrini yüksək qiymətləndirmişdir.

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında