Musəvi ƏRDƏBİLİ: Mən Bakını gördükdən sonra behiştə getməyi seçərəm

 

 

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda dörd günlük səfərdə olmuşdur.

Məşhəd ziyarəti ilə başa çatan səfər çərçivəsində nümayəndə heyətimiz İran rəsmiləri ilə bir sıra görüşlər keçirmiş, müqəddəs yerləri ziyarət etmiş, Məşhəd və Qum şəhərlərində müxtəlif dini təhsil ocaqlarında oxuyan tələbələrimizin problemləri ilə maraqlanmış, Qumdakı Beynəlxalq Mustafa Universitetinin rəhbərliyi və bir sıra ruhanilərlə səmərəli müzakirələr aparmışdır.

Səfərdə maraqlı məqamlardan biri də Ayətullah Musəvi Ərdəbilinin səsləndirdiyi fikirlər olmuşdur. Əslən Azərbaycan Respublikasının Ordubad rayonundan olan 86 yaşlı Musəvi Ərdəbili ölkəmiz və xalqımız haqqında son dərəcə dəyərli fikirlər söyləmişdir. Ən böyük arzusunun Bakı şəhərini görmək, paytaxtımızın füsunkar mənzərəsini seyr etmək olduğunu diqqətə çatdıran M.Ərdəbili demişdir: “Məndən soruşsalar ki, birinci cənnətə getmək istəyərsən, yoxsa Bakını görmək? Mən Bakını görüb sonra behiştə getməyi seçərəm”.

 

M.Ərdəbili görüşdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun tarixi və müasir inkişaf səviyyəsi barədə söhbətini sonsuz maraqla dinləmişdir.

 Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Qum


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında