Almalı fəaliyyətini bərpa edir

Dünən "ADA" Şirkətlər Qurupunun mərkəzi ofisində şirkətin rəhbərliyi və Avropanın tanınmış yatırım şirkəti olan "CRG Capital" şirkətinin idarəedici direktoru Parham Pouladdejin KİV nümayəndələri ilə görüşü keçirildi. Tədbiri "ADA" Şirkətlər Qurupunun idarə heyətinin sədri Rəfayil Hacıyev açaraq "Almalı" mağazalar şəbəkəsində son dövrlər yaranmış böhranla bağlı görülmüş işlərdən danışdı. Bildirdi ki, sirkət rəhbərliyi və sərmayədarlar altı aydır yaranmış vəziyyətdən çıxmaq üçün "CRG Capital" şirkəti ilə danışıqlar aparır. Artıq şirkətin bütün sturukturları ilə tanışlıq başa çatmış, "Almalı"nın fəaliyyətinin bərpa olunmasına qərar verilmişdir.
"CRG Capital" şirkətinin idarəedici direktoru Parham Pouladdej çıxıışında təmsil etdiyi qurum haqqında məlumat verdi. Qeyd olundu ki, "CRG Capital" şirkəti Mərkəzi və Şərqi Avropada böran vəziyyətinə düşən şirkətlərin fəaliyyətini bərpa etməyə və investisiya qoymağa kömək edir. İyirmi ilə yaxın təcrübəsi olan şirkət müxtəlif ölkələrdə bir çox şirkətlərin fəaliyyətinin bərpasına və inkişaf etməsinə kömək göstərmişdir.
"ADA" Şirkətlər Qurupuna investisiya qoyuluşuna dair ilin əvvəlindən başladığımız danışıqlar artıq yekunlaşmaq üzrədir. "CRG Capital" "Almalı" mağazalar şəbəkəsinin fəaliyyətinin bərpası üçün sərmayə yatırmağı nəzərdə tutmuşdur və bu məqsədlə maraqlı tərəflərlə restruktizatsiya barədə danışıqlara başlanılır.
"Biz Azərbaycanın iqtisadi inkişaf templərini çox yüksək qiymətləndiririk. Bu səbəbdən ölkənin ərzaq pərakəndəçiliyi sektoru bizim üzün çox cəlbedicidir. Ümid edirik ki, qısa zaman ərzində kreditorlarla restruktizasiya danışıqları yekunlaşacaq və payızda "Almalı" mağazalar şəbəkəsinin fəaliyyəti bərpa olunacaqdır. Şəbəkənin bərpası üçün biznes və maliyyə planı tam hazırdır."- deyə, P. Pouladdej sözünə davam etdi. Şirkətlərdə yaranan bu cür maliyyə böhranına dünyanın bir çox ölkələrində rast gəlmək mümkündür. Konkret olaraq "Almalı"dakı vəziyyət tərəfimizdən ətraflı öyrənilib və bərpa layihəmiz hazırlanıb. Planımıza uyğun olaraq öncə mağazaların bir qisminin fəaliyyəti bərpa olunacaq. Ümumilikdə layihəyə təxminən 5-7 milyon ABŞ dolları sərmayə qoymaq fikrindəyik. Yerli mütəxəsislərə kömək məqsədilə pərakəndəçilik sahəsində böyük təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislər də cəlb ediləcək.
Sonda qonaq jurnalistləri maraqlandıran suallara cavab verdi.

{nl}


Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında