İlin əvvəlindən e-hökumət portalından 200 mindən çox istifadəçi yararlanmışdır

 

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin statistikasına əsasən, ilin əvvəlindən  Elektron hökumət portalına – www.e-gov.az müraciət etmiş istifadəçilərin sayı 202 586 nəfər təşkil etmişdir.

 Bu dövr ərzində təxminən 192 min nəfər resursa kompyuter və noutbuklarla, 10 mindən artıq insan mobil qurğular – planşet və smartfonlarla daxil olmuşdur. Qeyd etmək lazımdır ki, mobil qurğular arasında, “Apple” şirkətinin iPad planşet kompyuteri və iPhone smartfonu liderlik edir.

Mərkəzin mütəxəssisləri internet-resursdan brauzerlər üzrə istifadə statistikasını da açıqlamışlar. Belə ki, daha çox istifadə Google şirkətinə məxsus Chrome brauzeri ilə qeydə alınmışdır, ikinci və üçüncü yerdə müvafiq olaraq Opera və İnternet Explorer qərarlaşmışdır, daha sonrakı yerləri isə Firefox və Safari brauzerləri tutmuşlar.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında