Xalqa xidmət həmişə yüksək qiymətləndirilir

{nl}

Taleyin hökmü ilə dünyanın əksər ölkələrində məskunlaşmış soydaşlarımız yüz illərdən bəri bir-birindən xəbərsiz, pərakəndə halda yaşamışlar. Azərbaycan Respublikası XX əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa etdikdən sonra isə həmin məlumatsızlıq tam olmasa da, aradan qaldırılmışdır. Xüsusən, ulu öndər Heydər Əliyevin böyük qayğı və diqqətlə formalaşdırdığı Azərbaycan diasporu bu gün müstəqil dövlətimizin beynəlxalq aləmdəki ən güclü dayaqlarından biri kimi fəaliyyət göstərir.
Dövlətimizin siyasi və iqtisadi uğurları, xalqımızın elmi-mədəni nailiyyətləri, ayrı-ayrı ziyalılarımızın ədəbi-bədii və fəlsəfi yaradıcılığı müxtəlif diaspor təşkilatları tərəfindən dünyanın hər yerindəki soydaşlarımıza çatdırılır.
Bu istiqamətdə fəaliyyət göstərən əksər qurumlar isə uğurlarımızın təbliğ edilməsi ilə kifayətlənmir, müxtəlif sorğu və tədqiqatlar nəticəsində beynəlxalq aləmə çıxarılmalı olan məqamları aşkar edirlər. Belə qeyri-hökumət təşkilatlarından biri də Dünya Azərbaycanlıları İctimai Mərkəzidir. DAİM həm II Dünya müharibəsindəki şanlı qələbənin 65 illiyi, həm də Azərbaycan milli mətbuatının 135 illiyi münasibətiylə Müstəqil Dövlətlər Birliyi məkanında geniş sorğu keçirmişdir. Hər iki əlamətdar günün birləşdirilməsinin əsas səbəbi o idi ki, tədqiqat obyekti kimi yaradıcı ziyalılar - şair, yazıçı və jurnalistlər seçilmişdi.
Sorğunun qalibləri qurumun təltiflər, qiymətləndirmələr və təqdimatlar departamentinin təsis etdiyi "Xalqa xidmət" medalı ilə təltif olunmuşlar. Qaliblər arasında azərbaycanlı yazıçı-filosof, Avropa Təbiyyat Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki Hacı Fərhad Mirzə də vardır. Hacı Fərhadın Moskvada - Rusiya Federasiyası Yazıçılar Birliyi Moskva Şəhər Təşkilatının qrifi ilə nəşr olunmuş "Kəlamlar" ("Kalamı") kitabı Müstəqil Dövlətlər Birliyi ölkələrində ən çox təbliğ olunan əsərlərdən biri kimi nüfuz qazanmışdır. MDB üzvü olan ölkələrin dövlət başçılarının, akademiyalarının və dini qurumlarının kitabxanasında özünə yer tutan "Kəlamlar" kitabı müəllifinə xüsusi hörmət qazandırmışdır. Qeyd edilən məkanda yaşayan soydaşlarımız isə bu uğuru Azərbaycan xalqına xidmət kimi qiymətləndirirlər.
Dünya Azərbaycanlıları İctimai Mərkəzinin təltiflər, qiymətləndirmələr və təqdimatlar departamentinin qərarında deyilir ki, hər bir azərbaycanlı fərdi yaradıcılığı ilə ilk mərhələdə özünə, sonra isə öz xalqına hörmət və ehtiram qazanır. Hacı Fərhad Mirzə bu hörmət və ehtiramın hər iki mərhələsini uğurla keçən soydaşlarımızdandır.

{nl}


Anar SEYİD

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında