Azərbaycan ilə İspaniya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

 

 Ölkəmizdə rəsmi səfərdə olan İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulate ilə  Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olmuşdur.

Nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanını ziyarət etmişlər. 

Müdafiə Nazirliyində keçirilən təntənəli qarşılanma mərasimində hər iki ölkənin dövlət himni səsləndirilmişdir. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, geniş tərkibli görüşdə müdafiə naziri Səfər Əbiyev müstəqillik qazandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin inkişaf yolu, ordunun müasir standartlara uyğunlaşdırılması və NATO ilə əlaqələrin genişləndirilməsi istiqamətində əldə edilən müsbət nəticələrdən ətraflı söhbət açmışdır.

Nazir İspaniya Krallığının müdafiə nazirliyi ilə əməkdaşlığın üstünlükləri barədə də öz fikirlərini bildirmişdir.

General-polkovnik Səfər Əbiyev regionda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə ispaniyalı həmkarını məlumatlandırmışdır. O qeyd etmişdir ki, Azərbaycan torpaqlarının 20 ildir işğal altında olmasına baxmayaraq, təcavüzkar Ermənistan geri çəkilmək istəmir: “Buna görə də Azərbaycan bu gün bütün vasitələrlə Silahlı Qüvvələrini gücləndirmək məcburiyyətində qalmışdır. BMT-nin qəbul etdiyi dörd qətnamə indiyə qədər icra olunmamışdır. Minsk qrupunun fəaliyyəti də göründüyü kimi nəticəsizdir”.

İspaniya Krallığının müdafiə naziri bildirmişdir ki, əgər BMT işğal faktoru ilə bağlı dörd qətnamə qəbul edibsə və həmin qətnamələr icrasız qalıbsa, bunun gələcəkdə hansı ağır vəziyyətlər yarada biləcəyini düşünmək çətin deyildir: “Mən bu qətnamələrin icrasının tərəfdarıyam. Çünki səbrin tükəndiyi an daha dəhşətli mənzərələr yarana bilər. Mən bunu başa düşürəm. Ona görə də, bir daha təkrar edirəm ki, sülhə yönələn BMT qətnamələri sərt şəkildə yerinə yetirilməlidir”.

Əməkdaşlığın geniş aspektləri ilə bağlı aparılan fikir mübadiləsi zamanı belə nəticəyə gəlinmişdir ki, hər iki ölkənin müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq barədə sazişin imzalanması zəruridir.

Görüşdə İspaniya Krallığının Müdafiə Qərargahının rəisi admiral Fernando Qarsia Sançes və hər iki ölkənin səfirləri iştirak etmişlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında