Azərbaycan ilə Gürcüstan arasında fövqəladə halların nəticələrinin azaldılması, məhdudlaşdırılması və qarşısının alınması sahələri üzrə əməkdaşlığa dair saziş layihəsi müzakirə edilmişdir

 

 

 Ölkəmizdə səfərdə olan Gürcüstanın daxili işlər naziri İrakli Ğaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti mayın 21-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri,  general-polkovnik Kəmaləddin Heydərov ilə görüşmüşdür.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan və Gürcüstan arasında dostluq əlaqələrinin sürətli inkişafından söhbət açmışdır. Nazir hər iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi perspektivlərindən danışmışdır. K.Heydərov respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir.

Qonaq ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikasının Hökuməti və Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin azaldılması, məhdudlaşdırılması və qarşısının alınması sahələri üzrə əməkdaşlığa dair Saziş” layihəsi də müzakirə edilmişdir.

Sonda nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında