Xəzər rayon İcra Hakimiyyətinin nümayəndə heyəti Polşada səfərdə olub

 

 

Xəzər rayonu İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdiyi 6 nəfərlik nümayəndə heyəti may ayının 12-dən 18-dək  Polşa                 Respublikası Pruşkuv rayonunun Nadajın şəhərinə  səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikası  Polşadakı Səfirliyinin dəstəyi və Nadajın şəhər icra hakimiyyətinin köməyi ilə silsilə tədbirlər keçirilmişdir. 

Nümayəndə heyəti  Varşava şəhərinin Saska Kempa mədəniyyət mərkəzində   Azərbaycan Respublikasının  Polşadakı səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş  tədbirdə iştirak etmişdir. Tədbirdə  nümayəndə heyətinin üzvləri tərəfindən Xəzər rayonunda aparılan quruculuq və abadlıq işləri ilə bağlı Azərbaycan Diasporasının üzvlərinə ətraflı məlumat da verilmişdir. Azərbaycan Respublikası  Prezidenti cənab İlham Əliyevin birbaşa qayğısı nəticəsində açılmış məktəblər, inşa olmuş yollar və əhalinin işlə təmin olunması yönündə görülmüş işlərdən danışılmışdır.

Səfər çərçivəsində  nümayəndə heyəti Nadajın şəhərində yerləşən Eşitmə Fiziologiyası və Patologiyası İnstitutunda olmuşdur.Nümayəndə heyətinə İnstitutun iş fəaliyyəti haqda məlumat verilmiş və son illər ərzində əldə olunmuş nailiyyətlər haqda danışılmışdır. Xəzər rayon İcra Hakimiyyətin başçısı Gülağa İslamov son illər Prezident İlham Əliyev cənablarının birbaşa qayğısı nəticəsində ölkədə müasir standartlara cavab verən yeni xəstəxanaların açılması və Səhiyyə sahəsində görülmüş işlər haqqında ətraflı məlumat vermişdir.

Nümayəndə heyəti mayın 15-də  Nadajın şəhərində yerləşən II İoan Pavel adına gimnaziyada ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbirdə iştirak etmişdir.  Tədbiri Nadajın şəhərinin meri Yanuş Qjıb açaraq   qeyd etmişdir ki, Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev cənablarının dəvəti əsasında Roma Papası II İoan Pavel ilk dəfə Azərbaycana və Qafqaza səfər etmişdir. Gülağa İslamov da çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində tutduğu yer, ölkənin sabitliyi və inkişafı istiqamətində gördüyü işlərdən danışmışdır. O bildirmişdir ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi və iqtisadi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Polşadakı Səfiri Həsən Həsənov tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin ölkənin ən çətin vaxtlarında Prezident seçilməsindən danışmış və qısa zaman ərzində ölkəni siyasi böhrandan və iqtisadi tənəzzüldən çıxararaq stabil və inkişaf edən ölkəyə çevrilməsi istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat vermişdir.

Sonra nümayəndə heyəti tərəfindən  “Azərbaycan Şərq və Qərb arasında qapı” mövzusunda yazılmış inşa müsabiqəsində ilk üç yeri tutmuş gimnaziya şagirdlərinə diplom və qiymətli  hədiyyələr təqdim olunmuşdur.Tədbirdə polyak məktəbliləri üzərində “Heydər Əliyev-90” yazılmış köynək və papaq geyinmiş və yaxalarında Heydər Əliyevin rəsmi əks olunmuş döş nişanları taxmışlar .

Tədbirin sonunda II İoan Pavel adına gimnaziya qarşısında Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 və bərpasının 20 illiyi münasibətilə ucaldılmış abidə önündə əklil qoyulmuşdur.

Xəzər rayon nümayəndə heyəti ilə İoan Pavel II adına gimnaziya rəhbərliyi arasında şagird və müəllim heyətinin mübadiləsinə dair danışıqlar aparılmış və razılığa gəlinmişdir. Razılığa əsasən, 2013-cü il iyun ayının sonları Polşadan 14 nəfərlik şagird heyəti bir həftəlik Bakıya gələcək. Şagirdlərə bir həftə ərzində Azərbaycan mədəniyyəti və tarixi, Azərbaycanda polyak izləri, Azərbaycanın tarixi abidələri, Azərbaycan ailəsi və sair mövzular haqqında məlumat veriləcək və gəzintilər təşkil olunacaq. Azərbaycanlı şagirdlərin Polşaya  səfəri isə 2013-cü il avqust ayında nəzərdə tutulub.  

 

Aida AYSA,
“Xalq qəzeti”     

 

         


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında