Azərbaycan nümayəndə heyəti Serbiyada olmuşdur

{nl}

İqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə iyulun 12-dən 14-dək Serbiya Respublikasında səfərdə olmuşdur.
Ölkəmizin Serbiyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Rabitə və İnformasiya Texnologiyaları, Müdafiə Sənayesi nazirlikləri, Dövlət Neft Fondu, ARDNŞ, "Azərbaycan Dəmir Yolları" QSC, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti Serbiyanın Baş naziri Mirko Tsvetkoviçlə, iqtisadiyyat və regional inkişaf naziri Mlacan Dinkiçlə görüşmüşdür.
Mirko Tsvetkoviçlə görüşdə hökumət başçısı Kosovo məsələsində Serbiyanı dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü bildirmişdir.
Ş.Mustafayev görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hərtərəfli dəstəklədiyinə görə Serbiya tərəfinə təşəkkür etmişdir.
Qonaqlar Telekommunikasiya və İnformasiya, Müdafiə nazirliklərində, Özəlləşdirmə üzrə Agentlikdə, İxrac və Xarici Sərmayələrin təşviqi Agentliyində olmuş, iş adamları ilə görüşmüşlər. Onlar bu ölkənin ən iri neft-kimya müəssisəsi olan "Petroximiya", vaqonqayırma, "Qoşa-Smederevska Palanka", "Kralyevo" zavodlarını, əczaçılıq müəssisəsini - "Qalenika" fabrikini, Müdafiə Nazirliyinin müvafiq qurumlarını və digər müəssisələri ziyarət etmiş, danışıqlar aparmışlar.
Serbiyalı tərəfdaşlar Azərbaycanın geostrateji mövqeyini, dinamik inkişafını xüsusi vurğulamış, Prezident Boris Tadiçin Bakıya səfəri zamanı Serbiya nümayəndə heyətinə göstərilmiş qayğı və qonaqpərvərliyə görə təşəkkürlərini bildirmişlər. Eyni zamanda, Azərbaycanla Serbiya arasında bütün sahələrdə əməkdaşlığı genişləndirmək üçün qarşılıqlı istək, bir çox sahədə uzunmüddətli əməkdaşlıq üçün səmərəli imkanlar olduğu qeyd edilmişdir.

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında